Qadağa qızdırmasına Azərbaycan da yoluxacaq?

qadaga-qizdirmasina-azerbaycan-da-yoluxacaq
Oxunma sayı: 659

Buna görə də inkişaf etmiş Avropa Birliyində bütün bunlara göz yumaraq, inkişaf etməkdə olan regionlarda bir çox sosial problemləri həll etmək iqtidarında olan əlçatan inşaat materialının - xrizotil-asbestin qadağan olunması istiqamətində planlı işlər aparılır. Azərbaycanın Avropa Birliyinə üzvluyu məsələsi gündəmə gələndən sonra bu mənasız və amansız qadağa dalğası ölkəmizə də keçdi. Belə ki, beynəlxalq konvensiyalara qoşulmaq ölkə üzərinə asbestin istifadəsindən imtina da daxil olmaqla bir çox öhdəliklər qoyur.

Əslində isə Avropa Birliyi və Şərqi Avropa ölkələrində asbest tamamilə fərqli iki anlayışdır. Ümumi kommersiya adına baxmayaraq, asbest əsasən iki müxtəlif minerala bölünür – amfibol və xrizotil asbest. Təhlükəli növ olan amfibol asbest XX əsrin ortalarında indiki Avropa Birliyi ərazisində (o cümlədən, Böyük Britaniyada), ABŞ və Cənubi Afrikada nəzarətsiz olaraq istifadə edilib. Buna görə də onun qadağası üçün kifayət qədər əsas var və dünyanın heç bir ölkəsində bunun əksini iddia etmirlər. Məsələ ondadır ki, amfibol-asbestin bərk, iynə kimi ucu şiş lifləri insanın ciyərlərinə nüfuz edərək demək olar ki, oradan çıxmır və bu da müxtəlif xərçəng xəstəlikləri ilə nəticələnir.

Azərbaycanda mülki inşaat işlərində asbestin bu növündən heç vaxt istifadə olunmayıb. Ölkəmizə asbest Rusiyadan gətirilir. 100 ildən artıqdır ki, bu mineral şiferin - münasib qiymətinə, davamlılığına və ekoloji təmizliyinə görə Azərbaycanda ən populyar dam örtüyünün istehsalında xammal kimi istifadə olunur. İndi isə xalq şiferinin gələcəyi təhlükə altındadır.

Misirdə bir neçə il öncə asbestlə bağlı oxşar vəziyyət yaşanmışdı. Xrizotil əsaslı inşaat materiallarının istehsalı dayandırıldıqdan sonra alimlər 2006-cı ildə hökümət dairələrinə müraciət edərək asbestin qaytarılmasını xahiş etmişdilər. Ən görkəmli alimlər bu mineralın əhaliyə ziyanı ilə bağlı heç bir dəlil tapa bilməmişdilər, ancaq onun əsassız qadağasının acı fəsadlarının hamı şahidi olmuşdu - Yaxın Şərqdə ən iri su kəməri şəbəkəsi üçün hər il 50 milyon metr boru buraxan asbest-sement kombinatlarının fəaliyyəti dayandırılmışdı. Bu su kəməri ölkənin ehtiyacı olan regionlarını təmiz içməli su ilə təmin edə bilərdi.

Qeyd etmək lazımdır ki, dünya əhalisinin 80%-nin yaşadığı 65 ölkədə xrizotil-asbest sənayenin müxtəlif sahələrində geniş istifadə olunur və Avropa Birliyi ölkələrindən fərqli olaraq bu sahədə nəzarətli istifadə siyasəti yürüdülür.

Bir neçə il öncə tanınmış britaniyalı jurnalist Kristofer Buker həmkarı doktor Riçard Nortla bilrikdə Böyük Britanitada əsl bestsellerə çevrilən “Ölüm xofu: quduz inək xəstəliyindən qlobal istiləşməyədək və ya niyə görə qorxularımız bizə baha başa gəlir” kitabını buraxdılar. Bu kitabın qlobal istiləşmə ətrafındaki təşvişə həsr olunmuş fəslindən sonra ikinci böyük fəslində çoxsaylı rəsmi və elmi mənbələr əsasında “asbest xofu”nun ətraflı və açıq təhlili verilib. Bu fəsildə müəlliflər iki müxtəlif mineralın adı ilə bağlı bilərəkdən yaradılmış dolaşıq məsələlərə toxunurlar. Onlar bildirirlər ki, bu çaşqınlıq Böyük Britaniyanın “antiasbest lobbisinin” asbestin qadağasını özü üçün “qızıl mədəni” hesab edən bəzi maraqlı şəxslərin dəstəyilə həyata keçirdiyi qalmaqallı kampaniyanın məqsədidir.

Hüseyn Kərimov