Qadın cəsarəti və kişi qorxaqlığı…

qadin-cesareti-ve-kisi-qorxaqligi
Oxunma sayı: 1003

Əslində bacılıqlar arasında da rəqabət var, amma biz bu haqda danışmayacağıq…
Əsl qadın başqa bir qadından heç bir vəziyyətdə qorxmaz.
Buna görə də qadınların arasındakı dava-dalaş sərhədsizdir…
Sovuşmur, sərhədsiz sonsuzluğa doğru irəliləyir.
Sezar ölə bilər…
Amma Kleopatra Sezarın qarşısında məğlub olmamalıdır.
Kişi lazım olanda nə qədər qorxaqdırsa, qadın məqam düşəndə o qədər cəsurdur…

***

Kişinin qorxmaz, qadının ürkək olması dünyanın ən çeynənmiş yalanıdır…
Qadın sadəcə fiziki cəhətdən zəif olduğuna görə hücüm-zad olanda bir az ürkək görünür…
Bu ancaq kişi qarşısında belə olur…
Qadın başqa bir qadının qarşısnda daha qəddar olur.
Qadınların davaları dəhşətlidir…
Fəlakətlərə hamilədir.
Sərhədsizdir…
Bütün silahlara əl atır…
İş yerində, yaxud sevgi-məhəbbət olan yerlərdə iki qadının olduğu mühit dava-dalaş üçün çox uyğundur…
Peşrevə ehtiyac yoxdu…
Mühitdəki təhlükə ilk baxışdan da görünür…
Artan sürətlə davam edəcək…
İki qadından biri əsla “təslim oldum” deməyəcək…
Axıra qədər dava-dalaş davam edəcək…

***

Belə hallar kişilər üçün bədbəxtlikdir
Bu qan-qadanın iştirakçısı da, qurbanı da kişilərdir…
Piyadadaırlar, çünki dava-dalaşın vasitəçiləridirlər…
Axırda onlar toplaşıb ortada qalacaqlar, onda müharibə müvəqqəti dayandırılacaq.
İnsani münasibətlərdə fəlakət cəsarətin çoxluğundan yaranır…
Fəlakət və cəsarət öndə dayanır.
Heç bir qadın başqa bir qadın qarşısında cəsarətindən pay verməz.
Bir milli metr də geri çəkilməz.
Qadında olan bu cəsrət kişidə yoxdur….
Kişinin cəsarəti vəziyyətə və mühitə uyğun olur…
Kişi kişiylə döyüşə girməmişdən əvvəl iki dəfə düşünür.
Əksərən də biri digərinə şər atmaqla kifayətlənir.
Kişi öz üstünlüyünü mütləq kimlərəsə nümayiş etdirir…

***

Futbol oyunlarında fanatik tərəfdarların çoxunun kişilərdən ibarət olması məntiqli bir şeydir.
Kişi kişiliyini sübut edə biləcəyi mühitə möhtacdır…
Çünki qarşısındakına həmişə gücünü göstərə bilməməkdən qorxur…
Qadınlarınsa belə bir dərdi yoxdur.
Qadın hər dəfə başqa bir qadın görəndə mütləq bir atmaca atmalıdı…
Hansı şərtlərlə olursa olsun mübarizə aparmalıdır.
Onun mübarizədə qalib gəlməsi üçün bacılıqlara, rəfiqələrə ehtiyacı var.
Kişinin komandalara ehtiyacı var, on minlərlə adam bir ağızdan qışqıracaqlar deyə…
Qadın məğlubiyyətin nə olduğunu bilmir…
Məğlub olsa da, məğlubiyyəti ağlına batmır qadının…
Mümkün deyil ki, qadın məğlub olsun…
Mütləq bir qədər sonra qalib gələcək…
Qadın məğlub olanda, məğlub olduğu adamı unutmur…
Unuda bilmədiyinə görə də, məğlub olduğu adamı qəbul edə bilmir.
Məğlub olduğunu başa düşmədiyinə görə də mübarizələri bitmir…
Mübarizəsi bitmədiyinə görə də, dağıdıb-tökərək əsəb gərginliyindən yaranmış "vəhşiliyi"davam etdirməyə çalışır…
Hər dəfə qisasını alanda qarşısındakı qadının qəlbində qəzəb toplanır.
Mübarizə daha da güclənir.
Dağıntılar artır…

***

Qadının qadınla qarşılaşdığı yerlər təhlükəlidir…
İstər işdə, istərsə də sevgi-məhəbbət olan yerlərdə ilk anda qığılcım hiss edilir…
Pozitiv qığılcım mümkün deyil…
Neqativinsə mümkün qədər az olması yaxşı haldır…
Qadın qadını görəndə dava salacaq…
Ancaq bacılıqlarına ehtiyacları var, bu mənada, qalib gələcəklər.
Kişi hər kişini görəndə davaşmaz.
Çox vaxt davaşmağa qorxar
Belə vəziyyətlrədə kişiləri xilas etmək üçün adiyyatlı yer var.
Kişilərin öz kişiliklərini sübut etməsi üçün həmişə bir ağızdan qışqıra biləcəkləri şüarlar da var…

Uyğunlaşdıran: Fərid Hüseyn