Qadın düşkünü kimi tanınan baş nazir istefa verdi

qadin-duskunu-kimi-taninan-bas-nazir-istefa-verdi
Oxunma sayı: 682




İtaliyanın baş naziri Silvio Berluskoni istefa verib. Məlumatı “Frans Press” agentliyi İtaliya prezidentinin mətbuat xidmətinə istinadən yayıb. Prezident Corco Napolitano 75 yaşlı hökumət başçısının istefasını qəbul edib.

Silvio Berluskoninin istefası Romanın mərkəzində kütləvi nümayişlərlə müşayiət olunub. Kvirinal sarayının qarşısına 1000 nəfərədək adam toplaşıb. Onların əksəriyyəti Berluskoninin əleyhdarlarıdır.

İtaliyanın bah naziri istefa barədə qərarı noyabrın 8-də parlamentin aşağı palatasında səs çoxluğundan məhrum olduqdan sonra qəbul edib. Onun istefasından əvvəl parlament ölkədə iqtisadi vəziyyətin stabilləşməsi ilə bağlı planı qəbul edib. Planda Avropa Birliyinin rəhbərliyi ilə razılaşdırılmış böhran əleyhinə tədbirlər də var.

Silvio Berluskoni bir müddət əvvəl vəd edib ki, bundan sonra seçkilərdə iştirak etməyəcək. Amma o baş nazir postundan getdikdən sonra nə ilə məşğul olacağını açıqlamayıb.