Qadın nazirin geyimi qalmaqal yaratdı – Fotolar

qadin-nazirin-geyimi-qalmaqal-yaratdi-fotolar
Oxunma sayı: 661

“Dolce & Gabbana”dan olan 900 avro dəyərindəki geyimlə publika qarşısına çıxan Rumıniyanın Turizm Naziri Yelena Udreya tənqidə məruz qalıb. “Qafqazinfo”nun Rusiya saytına istinadən verdiyi xəbərə görə, biznesmen sevgilisindən hədiyyə olan “ulduzlu” paltar nazirin ünvanına kəskin tənqidlərin səslənməsinə səbəb olub. Orta aylıq gəlirin 320 avro dəyərində olduğu Rumıniyada xanım nazirin belə bahalı geyinməsi əvvəllər də diqqətdən yayınmamışdı.

Qeyd edək ki, nazir bahalı ayaqqabılarına görə də tənqid olunmuşdu. Bu barədə açıqlama verən Udreya geyimin onun həyatının sevincli məqamlarından biri olduğunu deyib. Onun sözlərinə görə, gözəl geyimlərə sevgi əyalətdə kasıb ailədə böyüyərkən yaranmışdı. Ünvanına səslənən tənqidlərə gəlincə xanım nazir jurnalistləri qınayıb və bahalı kostyumlar geyinən siyasətçi kişilərin qadınlar qədər “diqqətli müayinədən” keçmədiklərini bildirib: “Əgər bilsəydim ki, bu geyim belə bir tufan qaldıracaq, onu heç vaxt geyinməzdim”.

Səidə