Qadın ona “açıq geyinmə” deyən mollanı döydü

qadin-ona-aciq-geyinme-deyen-mollani-doydu
Oxunma sayı: 663

Höcətülislam iddia edir ki, qadın bununla da kifayətlənməyib, onu yerə yıxaraq əzişdirib:

“Yerə yıxılmışdım. Nə baş verdiyini anlamırdım, yalnız qadının mənə yumruqlarını və təhqirlərini hiss edirdim. 3 gün xəstəxanada yatdım.”

DİNDARLAR ÖZLƏRİNİ QADINLARA ƏMR VERMƏK VƏZİFƏSİNDƏ HİSS EDİRLƏR

Gülnaz Esfandiari yazır ki, İranda 1979-cu ilin İslam İnqilabından sonra təkcə bu Behişti yox, dindarların çoxu hesab edir ki, İslam qaydaları ilə qadınların geyimi, necə görünmələrinə dair komanda vermək, qadağalar qoymaq sahəsində özlərini səlahiyyəti verir. Bu düşüncədə olanlarla qadınlar arasında çəkişmələr isə son illər getdikcə daha da çoxalır.

Rəsmi olaraq isə hicab qadınları cəmiyyətdə “zorakılıqdan qoruyan” vasitə kimi təbliğ olunur. Amma qadınların çoxu üçün belə geyim sadəcə onları nəzarətdə saxlamaq cəhdi, azadlıqlarının boğulması, təhqirdir. Buna görə xüsusilə gənc qızların axır vaxtlar İranı daha çox tərk edirlər.

Gülnaz Esfandiari qeyd edir ki, İranın paytaxtı Tehran və başqa şəhərlərdə əsasən də yay aylarında “başlarını yaxşı bağlamayan” qadınlar polisin daha çox təzyiqlərinə məruz qalırlar. “Başını yaxşı bağlamamaq” ittihamı ilə bəzən qadınlar zorakılığa məruz qalır, həbs edilir, cərimələnir, təhdid olunurlar.

GETDİKCƏ DAHA ÇOX MOLLA QADIN YUMRUĞU ALIR

İndi isə getdikcə daha çox qadın buna etiraz etməyə başlayıb. Onların bəziləri sadəcə qadınlara qarşı belə qaydaları tənqid etməklə kifayətlənir, bəziləri isə mənəviyyat polisi əməkdaşları ilə əlbəyaxa olmaqdan da çəkinmirlər. Belə toqquşmaları bəzən ətrafdan keçənlər çəkib Youtube`a da yükləyirlər.

Mehr agentliyi də qeyd edir ki, Beheşti kimi din xadimlərinə hücumlar İranda artıq nadir hallar deyil. Agentlik hətta İranın ali dini lideri ayətullah Əli Xameneyinin təmsilçisinin də qadınların hücumlarına məruz qaldığını yazır: “Tehranda Höcətulislam Seyid Mahmud Mustafavi Möntəziri, Tehranın Tibb Elmləri Universitetində ibadət lideri Höcətülislam Farzad Farouzeş, paytaxtın müxtəlif küçələrində ali dini liderin təmsilçisi yol göstərmək və yanlışları düzəltmək kimi dini vəzifələrini icra edərkən qadınların hücumlarına məruz qalıblar, bəzi hallarda ciddi yaralar alıblar” – deyə agentlik yazır.

Beheşti bildirir ki, ona hücum edən qadına qarşı şikayət etməyəcək. Amma Mehr agentliyi yazır ki, artıq prokurorlar bu hadisəni araşdırmağa başlayıblar. Regionun prokuroru agentliyə bildirib ki, hadisə araşdırılır, amma o, əlavə heç bir məlumat verməyib. Prokurorluq hadisəni ictimai yerdə adam döymə kimi rəsmiləşdiriblər.

Prokurorlar “başını yaxşı örtməyən” qadınların ictimai yerlərdə polislər tərəfindən döyülmələri kimi çoxsaylı hadisələri isə adətən yalnız “geyim qaydalarının tətbiqi zamanı zəruri addım” kimi qiymətləndirirlər.