Qadın yanında maşın saxlama ayinləri

qadin-yaninda-masin-saxlama-ayinleri
Oxunma sayı: 679

Birdən elə bilərsiniz ki, uşağın yalan danışdığına görə bu hala düşmüşdüm. Qətiyyən, yox! Oturub fikirləşdim ki, tanrım belə saf böyüyən uşaqları bu canavar cəmiyyətə buraxacam? Yalanlarla baş girləyən, rüşvətlərlə nəfəs alan, əclaflığı ilə qürrələnən, yaltaqlıq dinini qəbul etmiş, satqınçılıqdan utanmayan, özgəsinin faciəsindən həzz alan, hər fürsətdə yanındakına pislik eləmək mərəzinə tutulan, cavanından qocasına qədər “seksual yanıq” sindromu daşıyan insanlar toplusunun içində bunlar necə yaşayacaq? Könul qızıdırıb, dost bildikləri ayaqlarının altını eşəcək, qarasınca danışacaq, fürsət düşən kimi bunların üstlərinə şər atacaqlar axı?

Necə eləməliyəm? Bəlkə, tülkü öz balalaraına hiylə öyrrədən kimi, mən də bunlara tülkülük məşqi keçim? Bəlkə, bunlara çaqqal yırtıcılığını öyrədim? Olmaya, balalarıma, xalqın malını oğurlayıb “krısa” kimi bir kuncdə xımır-xımır yeməyin sirrlərini anladım? Yoxsa ilan kimi onu-bunu çalmağı, porsuq kimi başqalarının işinə burun soxmağın qaydalarını dərs deyim? Axı bu şeyləri heç özümdə bacarmıram. Yox, bərk dursam alçaqlıqları çoxundan yaxşı eyləyərəm! Ancaq istəmirəm, uşaqlarım belə böyüsün!

Azyaşlı uşağını böyütmək üçün iş dalınca məcburiyyət qarşısında Tovuzdan Bakıya köçən tənha gənc xanım mənə söylədi ki, şəhərdə tək addımlamaq mümkün deyil. Həyasız kişilər adamı gözlərilə elə yeyir, az qala, gözlərinin marçıltısı eşidilsin! Yaxınlaşdıqca gözlərini adamdan çəkmir, ötüb keçəndən isə qabaqdan baxdıqları kimi, mütləq, arxadan da süzür, qara enerjisini sənin bədəninə yayırlar. Elələri var, lap irəli gedərək, həyasızcasına adamın düz “ağzına girir”, telefon nömrəsi istəyir. Beləsinə fikir verməyib it yerinə qoyanda isə səni ədəbsiz sözlərə qərq eləyirlər.

Yolla gedən tənha xanımların yanında maşın yavaşıdıb, maşın saxlayıb onları öz maşınına dəvət eləmək isə artıq milli mentalitetin tərkib hissəsinə çevrilib. Şikayət edəndə polis onlara haqq qazandırır: “kişi qadına söz atar dəə!” Yaxud “Elə geyinmək lazımdı, söz atmasınlar!” Demək bir xanım azacıq dəbli paltar geyərsə, ona sataşmaq olar, hə?

Ağ “nolyeddi”si olan gənclər, yaxud biraz bahalı maşını olan kişilər elə bilir, bütün qadınlar onların maşınından ötəri ölürlər. Belə kafa daşıyanların cəmiyyətində, normal ailə tərbiyəsi görmüş uşaqlar necə dözəcəklər?

Bəli, ədəbli, məntiqli, ziyalı qızlarımızı küçə adamlarının çeşidli təhqir və ədəbsizlikləri gözləyir! Vicdanlı, əqidəli oğlanlarımızı isə belə nadanlarla toqquşmalar, haqsızlar, dava-dalaşlar gözləyir!

Bir xanımın yanında maşın saxlayıb ona yersiz ədəbsizliklər təklif edən dəyyusa heç kim etiraz etmir. Camaat onların bahalı maşınından qorxaraq vicdanının ağzına daş basıb susur. Beləcə. Qudurmuş harınlar və vicdanını yeyib, ustündən su içən insanların cəmiyyəti formalaşır. Vicdanını yeməyə üstünlük verənıərin süuraltında “harınlarla toqquşsam məni günahkar bilib içəri qoyacaqlar” kimi fikirlər gərdiş edib.

“Gündəlik Teleqraf” qəzeti dünən ki, sayında Orlando Universitetinin alimlərinin keçirdiyi təcrübədən məlum olub ki, yalan danışmayan insanlar yalan danışanlardan qat-qat sağlam olur. Göründüyü kimi, bizdə hər şey əksinədi. Doğru danışan xəstə salmasa cəmiyyətimiz ondan əl çəkmir!

“Gündəlik-Teleqraf”