Qadının öd kisəsindən 4225 daş çıxarıldı

qadinin-od-kisesinden-4225-das-cixarildi
Oxunma sayı: 709

“Qafqazinfo” xəbər verir ki, 67 yaşlı şəhər sakini Semiha Saroğlu qarın nahiyəsində kəskin ağrılarla xəstəxanaya gətirilib. Nəticədə cərrahlar onun öd kisəsində təcili əməliyyat aparılmasını qərara alıblar. Əməliyyat zamanı xəstənin öd kisəsindən irili-xirdalı 4225 daş çıxarılıb. Şoka düşən həkimlərin fikrinə görə, bu daşlarla yaşlı qadın dünya rekordları siyahısına düşə bilər.

Cərrahiyyə tarixində bu günədək öd əməliyyatında bu sayda daş çıxarılmayıb. O da bildirilib ki, xəstənin öd kisəsi normal ölçüdən 4 qat böyük olub. Xəstə Semihanın həyat yoldaşı da nar dənələrinə bənzər öd daşlarını gördükdə şoka düşdüyünü gizlətməyib. Hazırda xəstənin vəziyyəti normallaşır.

Maraq ondadır ki, 67 yaşında qarnında qaya parçası gəzdirən bu yaşlı qadının ödünə türk həkimləri qıymayıb. Əməliyyat laporoskopiya yolu ilə aparılıb, yəni qarnın öd yerləşən hissəsindən dəlik açmaqla daşlar çıxarılıb. Başqa sözlə, qadın öd kisəsini itirməyib.

Raminə E.