Qadir Allahlar

qadir-allahlar
Oxunma sayı: 643

Deyirəm, sitat gətirdiyim fikir yazıçının fikridir, ədəbiyyatdır. Cavab: “Mənim ehtiyacım yoxdur o romanı oxumağa, əgər o mənim allahıma qarşı çıxırsa”. Vəssalam. Bundan o yanası yoxdur. Dini siyasətə qatanları gördük. Sən demə, ədəbiyyatı dinə, dini də ədəbiyyata qatanlar da az deyilmiş.

Haqqında bəhs etdiyim povestdə sadəcə bir canavar balasının taleyindən söhbət gedir. Bu canavar balasına sahib çıxan insanlar isə hökmran olduqları üçün Cek London tərəfindən “allahlar” deyə obrazlaşdırılır. Bu əsərdə “allahlar”ın nəyə qadir olduğu, öz “bəndə”sini necə əhilləşdirdikləri, canavar balasının “allahlar”ın quluna necə çevrilməsi, bəzən onları necə sevməsi, bəzən də necə nifrət etməsi çox gözəl təsvir olunub.

İndi, biri mənə izah etsin görüm Cek Londonun günahı nədir? Adam əsər yazıbdır. Bu əsəri də oxumayan, nəinki oxumayan, heç adını eşitməyən bir dindar gəlib deyir ki, bu əsər allaha qarşıdır. Mən başa düşə bilmirəm, bəlkə Qafqaz Müsəlmanları İdarəsinə müraciət edəsiniz ki, bədii əsərlərə də halallıq sertifikatı verilsin? Niyə də yox? Məsələn, tərkibində allah əleyhinə sözlər olan ədəbi əsərlərə halallıq sertifikatı verilməsin. Axı allah müqəddəsdir, toxunulmazdır! Canavar balası da onun quludur. Qul allahı didib-parçalaya bilməz.

Halal internet, halal kolbasa, halal siyasət, halal ədəbiyyat. Haldan-hala salır bütün bunlar adamı. Bəsdirin də! Gedin bir kitabın üzünü açın! Bir oxuyun! Ondan sonra da kefiniz istəsə yandırın!