Qafqaz uğrunda gizli savaş gedir

qafqaz-ugrunda-gizli-savas-gedir
Oxunma sayı: 645

“Qafqazinfo”nun Rusiya ermənilərinin saytı olan “Erkramas”a istinadən verdiyi xəbərə görə, bu barədə politoloq Aleksey Baliyev açıqlama verib.
Dağıstanda Rusiya xüsusi xidmət orqanları tərəfindən məhv edilən terror qruplaşması rəhbəri, Türkiyə vətəndaşı şeyx Əbdüsəlamla bağlı son hadisələri şərh edərək, Balıyev qeyd edib ki, Rusiyanın rəsmi şəxsləri son vaxtlara qədər döyüşçülərin haradan təchiz olunduqlarını dəqiqləşdirməməyə üstünlük verirdilər: “Hesab edirəm ki, bu “susqunluq” Moskvanın öz qonşuları ilə olan münasibətlərini korlamamaq istəyindən irəli gəlir. Hərçənd ki, Dağıstan da daxil olmaqla, kənardan Şimali Qafqaza coğrafi anlamda, qonşu Azərbaycan, Gürcüstan, Abxaziya, Cənubi Osetiya, Türkiyə, İrandan da yaxınlaşmaq olar”.

Rusiya Dövlət Dumasının millətlər üzrə komitəsinin sədri Hacımet Səfərəliyev bəyan edib ki, müəyyən dövlətlərin xüsusi xidmət orqanları tərəfindən açıq müdaxilə gedir. Bu, həm Səudiyyə Ərəbistanı, həm Türkiyə, həm də bizə gözəl gülümsəyən və əllərimizi sıxan bir sıra digər ölkələrdir.

Türkiyə və Səudiyyə Ərəbistanında artıq uzun müddətdir ki, Dağıstanın və bütün Şimali Qafqazın Rusiyadan ayrılmasını dəstəkləyən təşkilatlar fəaliyyət göstərir. Sayt yazır ki, bu tip təşkilatlar İranda, Pakistanda, İordaniyada, Gürcüstanda, Fars körfəzinin ərəb krallıqlarında da qeyri-leqal işləyirlər.