“Qafqaz və qafqazlılar üçün çox işlər görmüş tanınmış dini lider”

<b>“Qafqaz və qafqazlılar üçün çox işlər görmüş tanınmış dini lider”</b>
Oxunma sayı: 175

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Respublikası Prezidenti ilə görüşündən və ölkəmizin iqtisadi, siyasi yüksəlişindən məmnunluğunu ifadə edən cənab Xloponin Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu, dini-mənəvi sahədə böyük işlər görüldüyünü qeyd edib. Qonaq Rusiya dövlətinin müsəlman icmalarının fəaliyyətinə yaxından yardım göstərdiyini, bununla belə qarşıda görüləsi işlərin çox olduğunu diqqətə çatdırıb. Cənab Xloponin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində «Qafqaz və qafqazlılar üçün çox işlər görmüş tanınmış dini lider» olaraq səciyyələndirdiyi Şeyxülislam A. Paşazadə ilə görüşü vacib saydığını bildirib. O, Qafqazda mövcud problemlərin həllində QMİ sədrinin dini lider və nüfuzlu şəxsiyyət olaraq müdrik mövqe, mühüm fikir və məsləhətlərinə böyük ehtiyac duyulduğunu xüsusi vurğulayıb.

ŞeyxülislamA. Paşazadə, öz növbəsində, qonağa Azərbaycanda dini dəyərlərin qorunub saxlanılması istiqamətində dövlət rəhbərinin birbaşa diqqət və qayğısı sayəsində görülən işlər barədə məlumat verib, tolerantlığın Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafında oynadığı roldan bəhs edib.

Görüşdə Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Polad Bülbüloğlu və Rusiya Federasiyasının ölkəmizdəki səfiri cənab Aleksandr Doroxin iştirak ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi