“Qalatasaray” – “Fənərbaxça” derbisi Bakıda keçiriləcək?

qalatasaray-fenerbaxca-derbisi-bakida-kecirilecek
Oxunma sayı: 631

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Futbol Federasiyası bu ideyanı irəli sürüb.

Federasiya “Qalatasaray”la “Fənərbaxça” arasında baş tutacaq oyunun Bakıda keçirilməsi təklifini klublara da bildirib. Hər iki tərəfin təklifə müsbət yanaşdığı bildirilir. Hətta “Fənərbaxça”lıların Bakını “uğurlu şəhər” adlandırdığı qeyd edilir. Bu səbəbdən Superkubok matçının paytaxtımızda baş tutması ehtimalının böyük olduğu ehtimal edilir.
Qeyd edək ki, bu mövsüm Türkiyə Superliqasının qalibi “Qalatasaray”, Türkiyə Kubokunun qalibi isə “Fənərbaxça” olub.

Ceyhun Əhmədov