“Qalatasaray” yenilməz olduğunu sübut etdi

qalatasaray-yenilmez-oldugunu-subut-etdi
Oxunma sayı: 656

Oyun “Fənərbaxça” üçün yaxşı başlamayıb. Belə ki, 16-cı dəqiqədə qapıçı Volkan Dəmirəl yerini Mərt Günoka verib. Cəmi üç dəqiqə sonra “Qalatasaray” hesabı açıb. Yeni transfer Umud Bulut rəqib qapısına yol tapıb. Bərabərlik 45-ci dəqiqədə təmin olunub. Aleksin cərimə zərbəsi canlı səddə dəyərək qapıya daxil olub. “Qalatasaray” ikinci qolu 58-ci dəqiqədə vurub. Yenə Ümid Bulut fərqlənib. Cəmi 8 dəqiqə sonra Dirk Kuyt yenidən oyunda bərabərlik yaradıb. Qola etiraz edən “Qalatasaray”lılardan Engin Baytar Cüneyt Çakırın qəzəbinə tuş gəlib və meydandan qovulub. Qoldan sonra da meydanda üstün tərəf olan “Qalatasaray” qələbə topunu vurub. Belə ki, Ambarata qarşı cərimə meydançasındakı kobudluq penaltiyə səbəb olub və topa yaxınlaşan Səlcuk İnan dəqiq zərbə ilə hesabı 3:2-yə çatdırıb.

Bununla da “Qalatasaray” tarixində 12-ci dəfə Super Kuboka sahib çıxıb. “Cim-Bom” sonuncu dəfə bu kuboku 2008-ci ildə başı üzərinə qaldırmışdı. “Fənərbaxça” isə 8 dəfə qalibi olduğu kuboku sonuncu dəfə 2009-cu ildə muzeyinə aparıb.

Türkiyə
Super Kubok
12 avqust

Qalatasaray – Fənərbaxça
Qollar: Umid Blut, 16; 58. Səlcuk İnan, 90-pen – Aleks, 45. Dirk Kuyt, 65.
Qırmızı vərəqə: Engin Baytar, 65 (Qalatasaray).