“Qalatasaray”ın adı qalmaqalda hallandı

qalatasarayin-adi-qalmaqalda-hallandi-
Oxunma sayı: 662

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, danışılmış oyunlarda təqsirləndirilən Marjio Cvtrak bu qalmaqalda Türkiyənin "Qalatasaray" klubunun adını da hallandırıb.

Onun sözlərinə görə, 2008-ci ildə UEFA kubokunun I təsnifat mərhələsi çərçivəsində keçirilən "Qalatasaray" - "Bellinzona" matçı da danışılmış oyunlar sırasında olub.

"Qalatasaray"ın 2:1 hesabı ilə qalib gəldiyi həmin görüşlə yanaşı, "Dinamo" (Zaqreb) və "Domjale" komandaları arasında keçirilən görüşün də nəticəsi şübhə altına alınıb.