“Qalatasaray”ın qapıçısı məndən güclüdür”

qalatasarayin-qapicisi-menden-gucludur
Oxunma sayı: 632

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Volkan “cimbom”un çərçivə qoruyucusu Fernando Musleranı tərifləyib: “Muslera yaxşı qapıçıdır. Mövsümün əvvəlində uyğunlaşma problemi yaşadı, lakin sonradan formaya düşdü. Hazırda Türkiyə superliqasının ən yaxşı qapıçısı odur”. Bu sözlərdən sonra təcrübəli qapıçı jurnalistlərin “Səndən də güclüdür?” sualına belə cavab verib: “Bəli, o məndən güclüdür. Bunu mən yox, rəqəmlər deyir. Mən 31 top buraxmışam, o isə 21”.
Qeyd edək ki, Uruqvay millisinin də şərəfini qoruyan Muslera “Qalatasaray”a mövsümlərarası transfer dövründə “Latsio”dan transfer olunub.

Ceyhun Əhmədov