“Qanla iqtidara gələnlər qanla gedərlər” - Mövqe

qanla-iqtidara-gelenler-qanla-gederler-movqe
Oxunma sayı: 728

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, Əsədin “terrorçuların əlində silah var, biz terrorçuları öldürürük” bəyanatına Ərdoğan sərt reaksiya verib. “Sən Lazkiyəni dənizdən bombalayarkən, burada sən o tək nöqtəni, o tək hədəfi necə müəyyən edirsən”, deyən Ərdoğan Suriya diktatorunun xalqı ilə vuruşduğuna diqqət çəkib. Ərdoğan bildirib ki, siyasi liderlər öz gələcəklərini ədalət üzərində qurmalıdırlar, zülm üzərində deyil.
“Qanla iqtidara gələnlər qanla gedərlər”, mesajını verən baş nazir Suriya məsələsində səbrlə hərəkət etdiklərini bildirib. “Çıxılmaz dalana Əsədi biz salmadıq, özü girdi”, deyə Ərdoğan bildirib.