Qar Avropanı iflic etdi

qar-avropani-iflic-etdi
Oxunma sayı: 665

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən məlumatına görə, Rumıniyada sürəti saatda 90 km.-ə çatan küləklə soyuq hava həyatı iflic edib. Kəndlərarası yolları qar bağladığı xəbər verilir. Elektriklər kəsilib. Bəzi təyyarə və qatar səfərləri təxirə salınıb.

Makedoniyada da qar yağması nəticəsində ölkədə vəziyyət həddən artıq pisləşib. Bu ölkədə qarın hündürlüyü 1.5 metrə çatıb. Yollar bağlanıb, elektrik enerjisi kəslib.