“Qara bayram”, “molların günü”, yoxsa…

qara-bayram-mollarin-gunu-yoxsa
Oxunma sayı: 6955

Ancaq çətin olmayan bir məsələ var ki, Allahın buyurduqlarına əməl edənlərin sayı, özünü “müsəlman” hesab edənlərin sayından dəfələrlə azdır. Bunu artıq bu gün son nöqtəsini qoyduğumuz Ramazan ayı boyunca görmək olardı. Açıq-aşkar dönər yeyənlər, yolumuzun üstündə bütün günü dolub-boşalan restoranlar, İslamda yeri olmadığı halda, adət halına gətirdiyimiz yas məclisindəki ehsanlar, cəmiyyətin bir növ güzgüsü olan yerli kanallarımzıdakı verilişlər dediklərimizə sadəcə bir neçə əyani sübutdur.
Bütün bunlara baxmayaraq, pis-yaxşı bir ayı da artıq geridə qoyduq. Hər şeyə rəğmən Ramazanın əvvəlki Ramazanlara nisbətən daha maraqlı keçməsi ümid verir ki, inşallah gələcək Ramazanlar daha da gözəl qeyd olunacaq. Ancaq yeni Ramazanı yaşayıb-yaşamayacağımızı da bri Allah bilir.
Bəs, on bir ayın sultanı sayılan Ramazanın sonunu, yəni bayramı necə keçirəcəyik? Oruc tutub-tutmamağımızdan asılı olmayaraq heç olmasa islamın ikicə bayramından biri olan Ramazan bayramı münasibətilə bir-birimizi təbrik edəcəyikmi? Yoxsa, bütpərəstlərdənqalma yeni ilə (Noelə), pozğun “Valentin” gününə təbriklərimizi saxlayırıq? İnanıram ki, birinciliyə üstünlük verib digərlərinin yavaş-yavaş üstündən xətt çəkəcəyik.Çəkməliyik, başqa yolu da yoxdur.
Bayram şadlıq, sevinc deməkdir. İnsanların halal dirəsində şənlənməsidir. Əfsuslar olsun ki, İslamın əsas bayramını bizim ağzıgöyçək “din alimlərimiz” “Qara bayram” kimi xalqımıza sırıyıblar. Bayramın da ağı, qarası olar? Amma bizdə olur. Bir çox yerlərdə Ramazan bayramı bayram əhval ruhiyyəsində deyil, matəm havasında keçirilir. Hamı bu günü gözləyir ki, əllərinə bişirdikləri şirniyyatı da götürüb getsinlər qəbir üstünə. Sanki İslam başqa vaxt qəbiristanlığa getməyi qadağan edib və hamı bu səbəbdən ilin bütün günü həmin anı səbrisizliklə gözləyir. İslamda belə bir qadağa yoxdur. Əksinə Peyğəmbərimiz Hz. Muhəmməd özü şəxsən: “Qəbirləri ziyarət edin, çünki qəbirlər sizə axirəti xatırladır”, - deyib. Amma Ramazan bayramı günü hamının qəbirlərə baş çəkməsi sadəcə olaraq içdən müəyyən qədər gəlsə də, məndə belə bir təəssürat yaradıb ki,bu gün qəbir üstə çıxanların əksəriyyəti “başqaları görsün” deyə həmin yerlərə baş çəkirlər. Çünki dəfələrlə böyüklərimlə birlikdə uşaq ikən getdiyim həmin yerlərdəki vəziyyət məndə bu cür fikir formalaşdırıb.
Məncə, bu bayramın qarşısına rəng artırılması da bəzi fırıldaqçı mollaların əməyinin “bəhrəsidir”. Çünki “Qara bayram” ifadəsi sovet dönəminin “analar, atalar, sevgililər, müəllimlər və s günü” kimi günlərinə daha çox oxşayır. Bu günün adı qoyulmasa belə, məncə, bu gün “Mollalar günü”dür. İnanmırsınızsa, həmin günü qəbiristanlığa siz də baş çəkin. Mollalara necə ehtiyac olduğunun canlı şahidi olacaqsınız. Onların əllərində tutduqları kiril əlifbası ilə yazılmış Quran ayələrini “klient”lərin ölən yaxınlarının ruhlarına tələm-tələsik “bağışlayıb”, digərlərinə yetişmələrinə can atdıqlarını görəcəksiniz. Ölülərn bu töhfələrə ehtiyacı olub-olmadığını isə deməyə heç bir ehtiyac yoxdur. Həlin hər birimiz, bilib- bilməməyimizdən, namaz qılıb-qılmamağımızdan, oruc tutub-tutmamağımızdan asılı olmayaraq bayram günü məscidlərə gedək, orda deyilənlərə qulaq asaq və bayram havasını yaşamağa və yaşatmağa çalışaq. Hər hansısa bir dövlət adamın qəbuluna gedərkən, hansısa bir görüşə tələsərkən kiminsə toyuna gedərkən geyindiyimizdən daha yaxşı geyinərək, təmizlənərək, sırf Allah üçün onun qarşısına çıxmağa çalışaq. Utanmayaq, çəkinməyək. “Nə deyərlər” deyil. Allah nə deyəcək deyib ən gözəl şəkildə bu günü qeyd edək. Qohumlarımıza, yaxınlarımıza da bu havanı hiss etdirək. Təbrikləşək. Göstərək ki, bu bayram “Qara” bayram deyil, bu matə günüm də deyil, bu qardaşlıq bayramıdır, Ramazan bayramıdır.