“Qara polkovnik”in oğlu haqda qara xəbər

qara-polkovnikin-oglu-haqda-qara-xeber
Oxunma sayı: 723

Yüksək sürətlə idarə olunan, 1964-cü il təvəllüdlü Hüseynov Tahir Fətulla oğluna məxsus “Toyota” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü T. Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan daha bir sərnişin xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs “Qara polkovnik” kimi tanınmış Fətulla Hüseynovun oğludur.

Faktla bağlı araşdırma aparılır.