“Qarabağ” bloku Şəhidlər Xiyabanını ziyarət etdi

qarabag-bloku-sehidler-xiyabanini-ziyaret-etdi
Oxunma sayı: 674

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu şəxsən iştirak etmiş, əbədi məşəl kompleksi önünə blok adından əklil qoymuşlar. Sərdar Cəlaloğlu tədbir iştirakçılarını bu böyük gün münasibəti ilə təbrik edib, İstiqlaliyyətin, Azadlığın vacibliyindən söz açıb. Sonra iştirakçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Türk əsgərlərinin məzarlığını ziyarət edib, abidə üzərinə gül çiçək dəstələri qoydular. Tədbir millət vəkili, Ümid partiyasının sədri İqbal Ağazadənin söylədiyi nitqlə başa çatıb.