“Qarabağ” can “Qarabağ”...

qarabag-can-qarabag-
Oxunma sayı: 647

““Qarabağ”ın ilk dəqiqələrdən üzərimizə gələcəyini gözləyirdik. Belə də oldu. Yaxşı oldu ki, rəqib erkən qol vura bilmədi. Yoxsa işimiz bir qədər də çətin olacaqdı. “Qarabağ”ın oyununa gəlincə rəqibin heyətində Adamiya, Sadiqov və İsmayılovun oyunları xoşuma gəldi. İnanıram ki, həmkarım bu heyəti qoruyub saxlaya bilsə “Qarabağ” növbəti mövsümdən Avropa Liqasının qrup mərhələsinə adlaya bilər. Hələlik komandanız buna hazır deyil”, - deyə Adri Koster bildirib.

Xatırladaq ki, “Qarabağ” bu mövsüm Avropa Liqasında Litvanın “Banqa” və Farer adalarının “Streymur” klublarını sıradan çıxarıb. Püşkün nəticəsinə görə, “Brügge”yə rəqib olan “Qarabağ”ın pley-off-a vəsiqə qazanmaq arzusu baş tutmadı.

Buna baxmayaraq, “Qarabağ” klubu meydanda möhtəşəm oyun göstərdi və rəqibdən heç də zəif olmadığını sübut etdi.