Qarabağ əlili intihara cəhd etdi

qarabag-elili-intihara-cehd-etdi
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, Lermantov küçəsində yeni tikilən hündürmərtəbəli binanın sonuncu qatına çıxan şəxs özünü atacağını bildirib. Dərhal hadisə yerinə FHN, polis və xilasedicilər cəlb olunub. Xilasedicilər həmin şəxsi dilə tutaraq özünü binadan atmasının qarşısını alıblar.

Adını açıqlamayan həmin şəxs bildirib ki, o Qarabağ əlilidir. Müharibədə bir gözünü itirib. Evi ilə bağlı borcunun olduğunu qeyd edən həmin şəxs borcunu ödəyə bilmədiyini, bu üzdən də intihar etmək fikrinə düşdüyünü qeyd edib. Lakin xilas edildikdən sonra bu fikrinə görə peşman olduğunu söyləyib. Həmin şəxs 9-cu polis bölməsinə aparılıb.