“Qarabağ” futbol klubunun vitse-prezidenti mükafat aldı - Foto

qarabag-futbol-klubunun-vitse-prezidenti-mukafat-aldi-foto
Oxunma sayı: 871

“Qafqazinfo”nun məlumatına görə, son iki ildə doğma Azərbaycanımızı Avrokuboklarda uğurla təmsil edən “Qarabağ” Futbol Klubunun uğurlarının əhatə dairəsi ölkə hüdudlarını aşıb.

Türkiyənin Mersin şəhərində “2013 Mersin Ağdəniz oyunları” tanıtımı və bölgənin `”Çukurova Express” nəşrinin təşkilatçılığıyla “İlin uğur mükafatı”nın təqdimetmə mərasimi keçirilib. Mersində baş tutan tədbirdə türk idman ictimaiyyətinin nümayəndələri iştirak edib. “Qarabağ” Futbol Klubu 2 mükafatla təltif olunub. Klubun vitse-prezidenti Tahir Gözəl Türkiyə - Azərbaycan idman münasibətlərinin inkişafına verdiyi töhfə və uğurlara görə “Hizmet Onur Ödülü” mükafatına layiq görüldü. Kluba isə son iki ildə Avrokubokda qazanılan nəticələrə görə “Türk dünyasının uğurlu komandası` diplomu təqdim olundu.