“Qarabağ Gürcüstanın da dərdidir”

qarabag-gurcustanin-da-derdidir
Oxunma sayı: 666

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün Qafqazın dərdidir”. “Qafqazinfo”nun məlumatına görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstan-Ermənistan biznes forumunda çıxış edərkən deyib. Qonşu ölkənin prezidenti bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllini arzu edir: “Bu gün bizim üçün ən ağrılı problem Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişədir. Bu, bütün Qafqazın, eləcə də Gürcüstanın dərdidir”. Saakaşvili deyib ki, Qafqaz ölkələri inteqrasiya etməlidir və bu regionun yeganə inkişaf yoludur.

Qeyd edək ki, sözügedən forumda Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib.