“Qarabağ müharibəsi Azərbaycan qadınlarının mühakiməsində”

qarabag-muharibesi-azerbaycan-qadinlarinin-muhakimesinde
Oxunma sayı: 4955

Birliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mərasim 26 dekabr 2011-ci il tarixində Şuşa rayon İcra Hakimiyyətinin binasında baş tutacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan bu kitab Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın məskunlaşdığı çadır düşərgələrində qadınlarla görüşərək Azərbaycan qadınının qəhrəmanlığını və fədakarlığını yüksək qiymətləndirmiş dostum, tanınmış diplomat, məşhur alim, hazırda Harvard Universitetinin professoru Swanee Hunt-ın (ABŞ)“This Was Not Our War: Bosnian Women Reclaiming the Peace”( “Bu müharibə bizim müharibə deyil:Bosniya Qadınları Sülh tələb edir”) kitabına cavab olaraq hazırlanıb. Kitab həm də ağrı və acıları Bosniya qadınları ile eyni olan və 20 ildən artıq Qarabağda insanlığa qarşı törədilən cinayətlərə dünya ictimaiyyətinin “durun” və “dayanın” deməsini gözləyən, günahsız Azərbaycan qadınlarının müharibə hekayələridir ..

Kitabdan kiçik bir hissəni oxucuların diqqətinə təqdim edirik:

Hər bir silahlı münaqişə fərdin deyil toplumun, insanlığın taleyini tərsinə çevirmək gücünə malik ən qəddar və amansız oyundur. Bu amansızlıq tarixən milyonlarla insanın həyatına son qoyub, milyonlarla insanı şikəst edib, milyonlarla ananı gözüyaşlı qoyub, milyonlarlarla körpəni günəşə, ata-ana qayğısına həsrət qoyub, milyonlarla günahsızı yurd-yuvasından didərgin salıb. Təəssüf ki, bu bəşəriyyətin gerçək tarixi simasıdır.

Tarix bir çox xalqların taleyinə dəhşətli müharibələr, soyqırımlar, ədalətsiz savaşlar yazmışdır. Bu savaşlar hansı tərəfin ilkin addımı atmasından asılı olmayaraq, hansı məqsədlə həyata keçirilsə də, hər bir halda günahsız insan təlafatına, təbiətə və cəmiyyətə dəymiş böyük ziyana səbəb olmuşdur.

“Sülh vaxtı adam öldürmək cinayət, müharibə vaxtı qəhrəmanlıq sayılır!” Amma sülh vaxtı da, müharibə vaxtı da gözəllikləri məhv etmək, insanlığa qarşı zorakılıq etmək, bir uşaq təbbəssümünü göz yaşına çevirmək, abadlıqları viranəliyə çevirmək vəhşilikdən və cinayətdən başqa bir şey deyil.

Əlbəttə bəşəriyyət tarixində səbəbindən asılı olmayaraq baş verən bütün müharibələr insanlığa, mədəniyyətə, böyük əziyyətlər bahasına yaradılmış maddi və mənəvi sərvətlərə qarşı yönəlmiş bir cinayət hesab olunmuşdur.

Bu cinayətlərin qurbanları qadınlar, köməksiz insanlar, mıəsum körpələr, hətta dünyaya göz açmamış körpələr olduqda insanın insana qarşı atdığı addım yalnız dəhşət doğurur. Dünyanın istənilən yerində müharibə qurbanı olmuş hər bir qadın və uşaq ona güllə atmış insanı deyil, bütün dünya insanını öz vicdanı və ruhu qarşısında məsuliyyətli edir. Müharibədən əziyyət çəkən hər bir qadın və uşağın gözündə olan kədər bütün bəşəriyyəti suclu edir.

Dünyanın istənilən bir ordusnuun şəhid əsgərinin anası, övladı müharibə qurbanı olmuş ana ilə eyni dərdin-kədərin daşıyıcısıdır.

Azərbaycan Respublikası da 20 ildən çoxdur ki, qonşu Ermənistan dövləti ilə müharibə şəraitində yaşayır. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, minlərlə hərbiçi və mülki vətəndaşın, qadınların, uşaqların həyatını itirməsinə, şikəst qalmasına, bir milyondan artıq insanın doğma yurdundan didərgin düşməsinə, təbiətin görünməmiş vəhşiliklə talan edilməsinə səbəb olmuşdur.

Günahsız insanların – xüsusən də yüzlərlə qadınların və uşaqların həyatını itirməsinə, övladını, həyat yoldaşını, körpə balasını itirən anaların, bacıların göz yaşlarına, saçlarının vaxtından əvvəl ağarmasına səbəb oldu Qarabağ savaşı.


Bu işğalçı müharibədə erməni silahlıları və onları dəstəkləyən və ruhlandıran qüvvələr tərəfindən Azərbaycan xalqının başına gətirilən oyunlar, zülm və işgəncələr, tarixdə çox az sayda insanlıq əleyhinə yönəlmiş cinayətlərlə müqayisə oluna bilər.

Görəsən, bu müharibənin qurbanı olan, Xocalıda vəhşicəsinə öldürülən 9 yaşlı Zeynəbin günahı nə?!

Zeynəbdir mənim adım,
Doqquzdur yaşım
Azarbəycan, Xocalıdanam
Dərələri, ağaçları vardı köyümün
25 Fevrala durmuş zaman
Üzlər tanıç, üzlər qaranlıq
Aralarında qonşularımız
Nə oldu heç anlayamadım,
Döyərək çıxardıqlarında
Altından yatağımın…
İlk vurduqları babam…
Anama xərcləmədilə bir qurşun
Müqaddəs yüküylən
Aldılar qardaşımı,
Yarıb qarnından…
Kör bir saqır oldu sonum
Qanımın şəhit qızılıyla...

İnsan qanını damarında donduran Zeynəbin səsi əslində çağımızın müharibəsinin acısını yaşayan bütün uşaqların adından olan sorğusudur.
Nə acı ki, bu sual, bu sorğu, bu ittiham ancaq mühakimə olunmayaraq qalmaqdadır.... Və bu ittihamın isə mühakiməsi bütövlükdə mütərəqqi bəşəriyyətə yönəlmiş bir ittihamdır.
Əslində dünyanın müharibə dəhşətlərini görmüş bütün analar eyni göz yaşları ilə eyni kədər yaşayırlar. Bu təkcə müharibə edən tərəflərin deyil, dünya insanının çiyinlərinə yazılacaq günah və məsuliyyət və həm də bir utancdir.