“Qarabağ münaqişəsinin nizamlanması getdikcə mürəkkəbləşir” – Manşetlər

qarabag-munaqisesinin-nizamlanmasi-getdikce-murekkeblesir-mansetler
Oxunma sayı: 695

“Azərbaycan” qəzeti manşet xəbər olaraq prezidentin Sumqayıt səfərini işıqlandırıb. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri” başlıqlı xəbərdə səfərin təfərrüatları yer alıb.

“Şərq” qəzetində manşet xəbər ATƏT-in Minsk qrupunun səlahiyyətlərini başa vurmuş həmsədri Bernar Fasyenin Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri verilib. “Qarabağ münaqişəsinin nizamlanması mürəkkəbləşir”” başlıqlı xəbərdə həmsdər münaqişənin həllini şərh edir.

“Yeni Müsavat” qəzetinin manşetində “İnqilab kabusu rejimi yenidən hərəkətə gətirdi” başlıqlı xəbər dərc olunub. Xəbərdə iddia edilir ki, iqtidar müxalifətlə danışıqların ssenarisini hazırlayır. “Qeyri-rəsmi olaraq iqtidar texnoloqlarına tapşırılıb ki, müxalifətin əsas gücləri ilə danışıqlar aparmaq barədə sxem-ssenarilər hazılasınlar”- deyə xəbərdə qeyd olunur.

“Yeni Azərbaycan”ın manşeti isə prezidentin Sumqayıt səfəri barədə xəbərdir. “Prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub” başlıqlı xəbərdə səfər çərçivəsində prezidentin iştirak etdiyi mərasimlər barədə məlumat verilib.

“525-ci qəzet”in manşetində “Bernar Fasye: “Qarabağ münaqişəsinin nizamlanması getdikcə mürəkkəbləşir” başlıqlı xəbər yer alıb. Xəbərdə ATƏT-in Minsk qrupunun fəaliyyətini başa vurmuş həmsədri Bernar Fasyenin münaqişənin həlli ilə bağlı fikirləri yer alıb.

“Bizim yol” qəzetinin manşetində “Dünya ölkələrinin demokratiya indeksi açıqlandı” başlıqlı xəbər yer alıb. Xəbərdə bildirilir ki, 167 ölkənin yer aldığı siyahıda Azərbaycan 140-cıdır. Xəbərdə ekspert qiymətləndirməsinin hansı meyarlara əsasən aparıldığı və digər ölkələrin hansı yerlər tutduğu qeyd olunur.

“Kaspi” qəzetinin manşet xəbəri Bernar Fasyenin Qarabağa münaqişəsinin həlli ilə bağlı fikirləri yer alıb. “Qarabağ münaqişəsinin nizamlanması getdikcə mürəkkəbləşir” başlıqlı xəbərdə ATƏT-in Minsk qrupunun fəaliyyətini başa vurmuş həmsədrinin digər fikirləri ətraflı dərc olunub.

“Azadlıq” qəzeti manşet xəbər olaraq Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini, hazırda həbsdə olan Orxan Kərimovun “Azadlıq”a yazdığı məktub dərc olunub. “Misir Mərdanovun həbsdəki işçisindən şok məktub” başlıqlı xəbərdə Məktubun mətninin yer alıb.

Hazırladı: Fatimə Kərimli