“Qarabağ” niyə uduzdu?

qarabag-niye-uduzdu
Oxunma sayı: 811

Son iki mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən "Qarabağ" bu ən-ənəsini davam etdirmək niyyətində idi. Lakin rəqibimiz elə də zəif deyildi. Səfərdə Belçikanın "Brügge" klubu ilə qarşılaşan "Qarabağ" Azərbaycan tamaşaçısının yeganə ümidi olaraq qalırdı.

Lakin bu oyun "Qarabağ" üçün uğursuz alınıb. İlk hissədə qapısında bir qol görən "Qarabağ" fasildən sonra daha bir dəfə mərkəzə dəvət olunub. Matçın 62-ci dəqiqəsində Rauf Əliyev hesab arasında fərqi azaltsa da, komandamızın bundan artığına gücü çatmayıb.

Matçın gedişində daha iki dəfə fərqlənən meydan sahibləri ilk oyunda böyük hesablı qələbə qazanıb - 4:1. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Komandada yeganə itki isə "Qarabağ"ın kapitanı Rəşad Sadiqovun yoxluğu idi. Sadiqovun qardaşı Səbuhi Sadiqovun vaxtsız dünyasını dəyişməsi nəticəsində Rəşad ilk oyunu buraxmalı olmuşdu. Rəşadın yoxluğu ilə yanaşı bu hadisə bütün komanda üzvlərinə də çox pis təsir göstərib. Bu amil komandanın oyununda aşkar hiss olunub.

28 iyul

Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu

23:30. "Brügge" - "Qarabağ" - 4:1
Qollar: Byorn Fleminks, 9 (1:0), Vaskes, 55 (2:0), Rauf Əliyev, 62 (2:1), Donk, 71 (3:1), Dirar, 83 (4:1)
Hakimlər: Arnold Hanter, Paul Mann, Riçard Storey, Ross Danlor (hamısı Şimali İrlandiya).
UEFA nümayəndəsi: Torir Hakonarson (İslandiya)
Hakim-inspektor: Kristakis Skapoullis (Kipr).
Brügge. Yan Breydel stadionu.


"Qarabağ"ın start heyəti: 99. Boyan Pavloviç, 5. Maksim Medvedyev (Nderim Necipi, 88), 14. Rəşad Sadıqov, 7. Namiq Yusifov (k), 11. Rauf Əliyev, 2. Qara Qarayev (Zaur Həşimov, 78), 17. Vüqar Nadirov (İlqar Qurbanov,10 ), 24. Admir Teli, 22. Əfran İsmaliyov, 25. Ansi Aqolli, 77. Georgi Adamiya

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Zaur Həşimov, Bəxtiyar Soltanov, Emin İmaməliyev, İlqar Qurbanov, Nderim Necipi

"Brügge"nin start heyəti: 1. Kolin Kusemans, 3. Mixael Almedak, 4. Karl Hufkens (k), 5. Fredirix Stenman, 6. Niki Zimlinq, 8. Lior Refailov, 9. Byorn Fleminks, 10. Nabil Dirar, 13. Viktor Vaskes, 18. Rayan Donk, 32. Vadis Ocidca

Ehtiyat oyunçular: Kujoviç, Vanstinkiste, Hoqli, Van Aker, Akpala, Meuniyer, Lestien.