“Qarabağ üçün narahatlığa əsas var”

qarabag-ucun-narahatliga-esas-var
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, “Ria Novosti” saytına müsahibə verən baş katibin sözlərinə görə, narahatlıq artmaqda davam edir, çünki nə isə etməyin mümkünsüzlüyü peşmanlığı artırır.
Zanyer bildirib ki, ATƏT-in Minsk qrupu 20 il davam edən Azərbaycan və Ermənistan arasındakı dondurulmuş münaqişənin həllinə çox ciddi siyasi səylər sərf edib. O, həmçinin Dmitri Medvedevin Rusiya prezidenti qismində Ermənistan və Azərbaycan dövlət başçılarının Soçidə görüşünü təşkil etməsini yüksək qiymətləndirib: “Tərəflər ümumi prinsiplərdə razılığa gəlməyə çox yaxın idilər, lakin irəliləyiş yoxdur”.

Bundan əlavə, ATƏT Dağlıq Qarabağda (qondarma) təmas xəttində, eləcə də Ermənistan və Azərbaycan sərhədində "hadisələrin böyüyən tendensiyasını" müşahidə edir: “Narahatlıq üçün əsas var. Biz mexanizmlər təklif etməyə çalışdıq: inamın gücləndirilməsi üçün tədbirlər, atəşkəs rejiminin gücləndirilməsi, insidentlərin araşdırılması mexanizmləri... Bu və ya digər səbəbdən tərəflərdən biri bu təşəbbüslərin qarşısını alır. Hər şey siyasiləşdirilib. Əgər tərəflərdən biri nəyəsə razılaşırsa, digəri hesab edir ki, bu pis təşəbbüsdür. Sual qarşısında qalırsan, problem mexanizmdədir, yoxsa tərəflər müəyyən güzəştlər tələb edən tədbirlərə hazır deyillər”.

Bütün bu çətinliklərlə əlaqədar ATƏT hazırda hər iki ölkənin parlamentariləri və ictimai təşkilatları ilə işləməyə çalışır: “Ola bilsin ki, ictimai rəylə işlər, ictimaiyyətlə işlər fəaliyyətin ən düzgün istiqamətidir”.

Səidə