“Qarabağ”a azarkeşlik edirdim

qarabaga-azarkeslik-edirdim
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, bunu day.az saytına hazırda Almaniyada yaşayan Azərbaycan əsilli müğənni Elli Mişiyeva deyib. Futbola maraqlanmasıyla bağlı suala cavab olaraq Mişiyeva Dortmundun "Borussiya" klubuna azarkeşlik etdiyini söyləyib: «Lukas Barios və əvvəl «Borussiya»da oynayan Dede isə mənim çox bəyəndiyim futbolçudur».

Elli Mişiyeva ötən ilin avqustunda Dortmundda keçirilən Avropa Liqasının «Borussiya» - «Qarabağ» oyununu stadiondan izlədiyini söyləyib: «Əlbəttə, həmin oyunda mən «Qarabağ»a azarkeşlik edirdim, bütün oyun boyu Azərbaycan bayrağını dalğalandırırdım. Təəssüf ki, bütün bunlar komandamıza kömək etmədi».

Elli Mişiyeva «Borussiya»dan kənardakı futbolçulardan Lionel Messi və Kriştianu Ronaldonu bəyəndiyini də deyib: «Messi öz oyunu, Ronaldo isə zahiri görkəmiylə mənim xoşuma gəlir».