““Qarabağ”a qarşı oynamamalıydım”

qarabaga-qarsi-oynamamaliydim
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bərabərlik qolunun müəllifi Baçana Tsxadadze oyun haqqında fikirlərini bildirib:

“Oyun çox yaxşı alındı. Məhz belə matçlar da çempionatı bəzəyir. Düşünürəm ki, hər iki komanda Azərbaycanı avrokuboklarda təmsil etməyə layiqli oyun nümayiş etdirdi. Etiraf edim ki, “Qarabağ”ın oyunu məndə rəğbət doğurur. Bu komandaya qarşı oynamaq həmişə maraqlıdır. Təəssüf ki, biz acınacaqlı qol buraxdıq, ancaq yaxşı ki, cavab qol vurmaq bizə müyəssər oldu.

Mən komandayla 6 gün ərzində məşq etmədim. Oyuna bir gün qalmış uşaqlarla birlikdə cəmi bir məşq keçirdim. İdeyaya görə, mən “Qarabağ”la meydana çıxmamalıydım, lakin son anda adımın iştirak vərəsinə salınması qərara alındı. Mənə göstərilən etimada görə məşqçilər heyətinə təşəkkür etmək istəyirəm. Bundan sonra da etimadı doğrultmağa çalışacağam”.

Tsxadadze növbəti turda “Neftçi” ilə oyunu düşündüklərini qeyd edib:
“Düşünürəm ki, “Neftçi”-“İnter” matçının afişası artıq çox şeydən xəvər verir. Bu, hər iki komanda üçün çox vacib oyun olacaq”.