Qarabağı niyə ala bilməyəcəyik?

qarabagi-niye-ala-bilmeyeceyik
Oxunma sayı: 825

Yol yoldaşım adamboyu qoyulmuş nəzir qutusunu radar qurğusuna bənzədəndə bildim ki, darıxmayacam... Düşündüyüm kimi oldu. Ama mən bu həkətlərin yalnız birini sayğıdəyər oxucularım, radikal şərhlər yazan qəzəbli həmvətənlərimlə bölüşmək istəyirəm.

Sıfır altı markalı qəşəng bir maşınla Qarabağa gerdirdik. Bu gün faktiki olaraq bu cənnət diyarın mərkəzlərindən sayılan Ağcabədi şəhərində dostum eləmə tənbəllik buyurdu: “Maaşlar gəlib, gedək bankomatdan pulumu alım, lazım olar!” Ardlnca əlavə tməyi özünə müqəddəs borc saydı: “Heç abedə çıxan bankomat görmüsən?”
Burnumu salladım. Dostum maşına qaz verərək səsini qaldırdı: “Doğru sözümdü, Ağcabədinin mərkəzindəki köhnə şahmat klubunun yanında “Kapitalbankın” bir bankomatı var, yanında özünü bank işçisi kimi təqdim edən və heç vaxt heç kimə adi bir vəsiqə belə göstərməyən bir adam dayanır. Bankomatın üstündə “24 saat qulluğunuzda” yazılsa da bu adam heç bir Allah bəndəsini aparata yaxın düşməyə qoymur, hərədən 1 manat alıb maaş-təqaüdü çıxarır. Nahar vaxtı isə “Bankomat 1 saatdan sonra işləyəcək” deyib yeməyə gedir. Camaat da boyun-boyuna verib həmin qalstuklu adamı gözləyir.”
Özümdən asılı olmadan gözlərim döyükdü. Dostum bir daha ərinmədən buyurdu: “Deyəsaən inanmırsan, gedək öz gözlərinlə gör!”

...Doğrudan da bankomatın qarşısı qələbəlik idi. Bu kepqalı, bığlı, saqqallı, qızıldiş, ayaqqabıları əyri-üyrü və tozlu kişilər, başı qırmızı yaylıqlı, ayağı güllü corablı qadınlar mənə ilk öncə “Molla Nəsrəddin” jurnalındakı karikaturaları xatırlatdılar. Həqiqətən də üstünə “24 saat xidmətinizdə” yazılmış bankomatın yanında ucaboy, qalstuklu bir gənc dayanmışdı. Hamı ona yaxınlaşır, pulunu alır, gənc oğlana 1 manat verib şənlənərək uzaqlaşırdı. Dostum iri addımlarla həmin oğlana yaxınlaşdı və aydırdı:

“Mən maaşımı özüm çıxarmaq istəyirəm.”

Cavaba baxın: “Olmaz!”

“Niyə?”

Səbəbə baxın: “Bankomata xarab eliyəssən!”

Hələ bir dostuma nəzər yetirin: “Ay qardaş, mən öz halal maaşımı özüm çıxardıram, niyə qoymursan?!”

Uzun mübahisə. Yerbəyerdən növbəni yubatdığı üçün dostuma qəzəblənən sevimli xalqımızın doğma səsi eşidildi: “Bir manatdan ötrü düşdüyü sifətə baxın!” / “Utanım yerinə!” / “Bunun boyuna bax, elədiyi söhbətə bax!” / “Ə ona 1 manat verin “isporu” kəssin!” vs.

Nəzir qutularını radara bənzədən adamdan nə gözləyəsən? Camaata fikir vermədən dediyini elədi, bankomata özü yaxınlaşıb maaşını aldı, ama gözlədiyim kimi geri qayıtmadı. Yaxındakı alçaq hasarın üstünə çıxıb iki əlini də yuxarı qaldırdı və utanıb-çəkinmədən qışqırdı: “Ay camaat, sizə mənim canım qurban, bir anlıq mənə baxın, Allah eşqinə!”

Camaat da, bankobiznesmen də çevrilib ucaboy dostuma, onin bir əlində tutduğu karta, o biri əlində tutduğu bir qom pula baxdılar. Dostum əvvəl pul olan əlini karta, sonra kart olan əlini pula çırparaq dedi:

“Bu kartla bu pulu almaq mənim haqqımdır, mən onu istəyirəm, siz də məni təhqir edirsiniz. Bax yadınızda saxlayın, buna görə Qarabağı heç vaxt ala bilməyəcəyik!”
Səkidən yerə düşdü, camaat aralanıb ona yol verdi. Dostum qalib əda ilə maşına tərəf addımlayanda nədənsə onu Mübariz İbrahimova bənzətdim. İştə əbləhlik!