“Qarabağın bəzi əraziləri Azərbaycanın işğalı altındadır”

qarabagin-bezi-erazileri-azerbaycanin-isgali-altindadir
Oxunma sayı: 661

Nalbandyanın sözlərinə görə, Parisdə 2001-ci ildə ilk dəfə bir neçə bənd üzrə praktik razılaşmaya nail olunmuşdu, hansı ki, Bakının qeyri-konstruktiv mövqeyinə üzündən uğursuz nəticələndi: “2008-ci ildə Mayndorfda Bakı nəhayət ki, 2007-ci ilin Madrid prinsiplərini qəbul etməyə razı oldu. 2008-ci ilin yayına qədər Bakı heç bir təkliflə razılaşmırdı, sazişin imzalanmasından imtinanı onunla əsaslandırırdı ki, guya ki, təkliflər həmsədrlərin yalnız biri –Rusiya tərəfindən təqdim edilmişdi. Halbuki, həmsədrlər həmişə bu və ya digər məsələ ilə bağlı vahid mövqe ortaya qoyurlar”. O, həmçinin qeyd edib ki, əgər Bakı hesab edirsə ki, öz cəmiyyətini məlumatsızlıq içərisində saxlaya bilər, bunu beynəlxalq ictimaiyyətə etməyi bacarmayacaq: “Bakının bugünkü bəyanatları özünü aldatmadır. Bakı bildirir ki, 2010-2011-ci illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri danışıq prosesinin mahiyyətini və əsas prinsipləri dəyişdirən təkliflər irəli sürürdülər. Cari il ərzində Azərbaycan prosesin nizama salmasına öz qeyri-konstruktiv yanaşmasını dəfələrlə göstərdi, xüsusilə, Soçi və Kazanda üç prezidentin görüşündən sonra".

Madrid prinsiplərinə toxunan Nalbandyan qeyd edib ki, son 20 ilin prioriteti olan Qarabağ məsələsi üzrə Ermənistanın öz siyasi kursunu davam etdirəcək. "Ermənistan Bakıdan fərqli olaraq danışıqlara açıqdır, bütün baza prinsiplərindən ikisini öz şəxsi interpretasiyalarında qəbul edə bilər. Bakı ərazi bütövlüyü prinsiplərini də bu kontekstdə qəbul edir. Qeyd etmək lazımdır ki, Qarabağın bəzi əraziləri Azərbaycanın işğalının altındadır".

Səidə