Qaradağda daha bir qəza

qaradagda-daha-bir-qeza
Oxunma sayı: 659

Qəza zamanı Əhmədov Vüsal Hüseyn oğlunun idarə etdiyi 197 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu ilə Abşeron rayonu Mehdiabad qəsəbə icra nümayəndəsi Abbasov Qasid Ziyad oğluna məxsus “Hyundai” markalı avtomobil toqquşub. Nəticədə “Hyundai”yın sürücüsü Qasid Abbasov hadisə yerində dünyasını dəyişib. Həmin avtomaşında olan iki sərnişin - Xəzər rayon məhkəməsinin sədri İlham Ağayev və sürücünün həyat yoldaşı Gülnarə Abbasova isə ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, İlham Ağayev və Gülnarə Abbasovanın vəziyyətləri ağır olduğundan onlar üzərində hazırda cərrahiyə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, qəza zamanı sərnişin avtobusunda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Qəzadan əvvəl isə sərnişin avtobusu Sahil qəsəbəsindən şəhər istiqamətinə doğru, digər avtomaşın isə əksinə üzü qəsəbəyə tərəf hərəkətdə olub.

Qəza baş verən ünvanda Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb, şahid ifadələri alınıb. Yol-nəqliyyat hadisəsinin baş vermə səbəblərinə istintaq araşdırmalarından sonra aydınlıq gətiriləcək. /Anspress/