“Qaragüruhçu, bir qədər kəm ağıl adamları sevmirəm”

qaraguruhcu-bir-qeder-kem-agil-adamlari-sevmirem
Oxunma sayı: 692

“Qafqazinfo”nun məlumatına görə, bunu eks-spikr Rəsul Quliyev bloqunda oxucuların suallarını cavablandırarkən deyib. Eks-spiker bildirib ki, qiymətlərin qalxmasına aşağadakı amillər səbəb olur: 1. Bu malları almaq üçün manatı rüşvət verməklə valyutaya dəyişmək lazımdır. 2. Bu əməliyyatlardan pul qazanmaq üçün alınan malların hamısı tendersiz və yalançı tenderlə 30 faiz baha alınır və həmin 30 faiz xarici banklarda şəxsi hesablarda oturdulur.

“Metro yanacaq məhsulları və elektrik enerjisi işlədir. Bunlarında qiymətləri məlum səbəblərdən hər il qalxır. Metro dövlət strukturudur. Sözsüz aylıq rüşvət sisteminin içərisindədir. Deməli hər ay yuxarıya rüşvət ötürməlidir. İnflyasiya qalxdığı üçün qismən də olsa işçilərinin maaşını qaldırmalıdır və sairə. Nəticədə metronun 100 manat qazancının qarşısına 120 manat xərci çıxır. Bu 20 manat ancaq metro biletlərinin qiymətlərinin qaldırılması hesabına baş verməlidir. Metro rəhbərliyi verdiyi və özünə saxladığı rüşvəti də hesablamaqla hesabatını yuxarılara aparıb qiymətləri qaldırmağı əsaslandırır. Heç bir şəxs demir ki, camaat yazıqdır, gəlin bir illiyə rüşvət almayaq. Azərbaycanda korrupsiya və rüşvət saxlanılsa, qiymətlər bütün sahələrdə 30 faiz aşağı düşər. Ancaq onda o imarətləri tikməyi dayandırmaq ,qiyməti bir neçə yüz min olan maşınları almamaq, restoranları bağlamamaq, günü 5 min dollarlıq hotellərdə qalmamaq və sair proseslər gedəcək. Məgər indiki hökumət belə bir addım ata bilərmi? Heç vaxt”.

R. Quliyev həmçinin Azərbaycanlıların hamısına bədbinlik torunu cırıb xilas olmağı məsləhət görüb: “Mən ümumiyyətlə qaragüruhçu bir qədər kəm ağıllı adamları sevmirəm. Onların mənim tənqidlərimə verdikləri bazar cavablarını heç vaxt oxumuram. Ciddi bir iş görmək istəyən müxalifət camaatı çaşdıran bu adamlardan yaxasını qurtarmalıdır. Əgər öz daxilində kiçik bir qrupun içərisində belə bir addımı ata bilmirsə arenadan getməlidir. Məsələn müxalifəti fikirləşmədən, ölçüb biçmədən vaxtı yetişməmiş aprel mitinqlərinə sürükləyən qaragüruhçuları indiyə qədər sıralarında saxlayanların gələcəyi ola bilməz və yoxdur. Birləşmək adı altında heç kimə lazım olmayan çoxadlı təşkilatlardansa bir və iki kifayət qədər ağıllı praqmatik komanda ilə iş birliyi yaratmaq daha müvəffəqiyyətli olar. Biz addımbaaddım xalqın canından qorxunu çıxartmağa nail olacağıq. İndidən planı açmaq istəmirəm, ancaq hər adımı atdıqca camaatda inam da artacaq. Mən sizi 100 faiz inandırıram ki, İlham Əliyev 2013-cü ildə hakimiyyəti ələ keçirə bilməyəcək, buna birlikdə imkan verməyəcəyik. Müəyyən bir mərhələdən sonra mən hansı təşkilatları hansı səbəbdən müxalifət hesab etmədiyimi elan edəcəyəm. Bu çox vacibdir. Bizə Azərbaycanda demokratiyanı özünün həyatı hesab edən mətin, ağıllı insanlar lazımdır, psevdomüxalifət partiyası və özünün onun lideri olduğu statusu uğrunda çalışanlar yox. Tələsmək lazım deyil, fundament yaxşı qurulmalıdır”.