Qarlı hava Azərbaycan çempionatını da gecikdirdi

qarli-hava-azerbaycan-cempionatini-da-gecikdirdi
Oxunma sayı: 654

“Qafqazinfo”nun verdiyi xəbərə görə, buna kəskin şaxtalı hava şəraiti və qar səbəb olub . PFL prezidenti Ramin Musayev bildirib ki, Unibank Premyer Liqasının XIX turunun oyunları 10-11 fevral 2012-ci il tarixindən 07 mart 2012-ci il tarixinə keçirilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin martın 7-i və 8-də baş tutmalı olan ilk oyunları isə 13-14 mart tarixində baş tutacaq. Cavab oyunları 28-29 mart 2012-ci il tarixində keçiriləcək.

I divizionun XVI turunun bütün görüşləri 11-12 fevral 2012-ci il tarixindən 28-29 mart 2012-ci il tarixinə keçirilib.
Ceyhun Əhmədov