“Qarpızları yığışdırın!”

qarpizlari-yigisdirin
Oxunma sayı: 648

Səyyar qarpız satışı nöqtələrinin sahibi Rafət Şıxəliyev “Qafqazinfo”ya bildirib ki, dünən onlara bütün “toçka”larını bağlamaq xəbərdarlığı edilib: “Polislər akt tərtib edib Şamaxinka ərazisindəki satış yerlərimizin yaxınlığındakı şəhər sakinlərinə imza atdırdılar. Sonra isə bizə məlumat verdilər ki, özünüz qarpızlarınızı yığışdırın. Əks halda “JEK”ə müraciət edib dağıdacağıq. Əgər özünüz yığışdırsanız, bir həftədən sonra bəlkə yenidən açmaq mümkün oldu. Odur ki, biz də 6 satış nöqtəmizi yığışdırdıq. Binəqədidə də əksəriyyəti yığışdırıb. Qalanları da iki gündür bağlıdır. Axşam da onlar yığışdıracaqlar. Hamımız da qalan bir ton, bəzilərində iki, üç ton qarpızı pulsuz payladıq”.

Bundan sonra hansı addım atacaqsınız sualına R. Şıxəliyev belə cavab verib: “Fikrimiz var idi, etiraz edək. Amma bunlar “əsl Azəri polisi” kimi hərəkət etdilərsə, biz də başa düşməliyik ki, “Azəri polisinə hörmət etməliyik””.

Nigar Məmmədli