Qarsda yıxılan erməni-türk abidəsinə SOCAR-ın milyonluq təşəkkürü

qarsda-yixilan-ermeni-turk-abidesine-socar-in-milyonluq-tesekkuru
Oxunma sayı: 672

“Eko Forum”un çəkilişi üçün Azərbaycanda səfərdə olan Türkiyənin “Habertürk” xəbər saytının müxbiri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə olan görüşü barədə maraqlı məqamları bölüşüb. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ilk olaraq Bakıdakı dəyişikliyin inanılmaz olduğunu deyən jurnalist, Bakını Dubay ilə Vyananın qarışığı olan şəhər kimi təqdim edib. Şəhərdəki inşaat işlərinin ancaq “Evrovizion” müsabiqəsi üçün aparılmadığını isə SOCAR prezidenti Rövnəq Abdullayevdən öyrəndiyini deyir: “Azərbaycan xalqı Türkiyə və türk heyranı olduğunu gizlətmir...Türk pasportunun hər hansı bir ölkədə dəyərli olduğu tək ölkədəyik. Bakının mərkəzində türk tekstil və qida markaları sıralanıb. Hansı türk şirkətləri üçün Bakıda imkanlar var sualına SOCAR-ın İnvestisiya İdarəsinin rəisi Vaqif Əliyev “türk şirkətləri üçün Bakıda çox imkanlar var” deyə cavab verib”.


Karsda türk-erməni dostluğunu ifadə edən abidənin uçurulmasına münasibət bildirən R.Abdullayev bildirib ki, heykəlin arxasının Ermənistan tərəfə olan hissəsinin daha dik, Türkiyəyə olan hissəsinin isə baş aşağı və əlini uzatmış şəkildə təsvir edilməsi Azərbaycanda erməni disporasının üstüörtülü maliyyə dəstəyilə sanki Türkiyəyə üzr istətmək məqsədilə inşa etdirildiyi anlamını ifadə edib.

SOCAR-ın Türkiyə üzrə rəhbəri Kenan Yavuz bildirib ki, SOCAR şirkəti Türkiyədə Cayhan, Qars, Aliağa, Yarımcada təhsilə 40 milyon dollar xərcləyir. Qarsa baş nazir Ərdoğana məşhur erməni-türk abidəsinin yıxılması şərəfinə minnətdarlıq əlaməti olaraq peşə liseyi inşa etdirdiklərini qeyd edib. Kenen Yavuz növbəti belə layihənin Vanda da olacağını deyib: “Bu sözlər Ərdoğanı sənət düşməni elan edənlərə əslində heykəlin yıxılmasının arxasında strateji dərinlik yatdığını anladır”.

Vaqif Əliyev “Nabucco” lahihəsinə də diqqət çəkərək bildirib ki, bu layihə ölü doğulduğu üçün heç cür reallaşa bilmir: “Nabucco” layihəsi üçün 31 milyard kub metr həcmində Azərbaycan, Türkmənistan və İran qazı nəzərdə tutulub. Əliyev isə bildirib ki, real olaraq 10 milyard kub metr Şahdəniz qazı var. O da bu layihənin reallaşması üçün yetərli deyil. Bu üzdən də Nabucco ortada qaldı”.


Səidə