“Qasid”i taladılar

qasidi-taladilar
Oxunma sayı: 674

Martın 30-da Sulutəpə qəsəbəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Saday Əliyev qəsəbə sakini Vidadi Xanəliyevə bıçaq xəsarətləri yetirdikdən sonra ərazi üzrə Binəqədi RPİ 40-cı PB-yə gələrək könüllü təslim olub.

Martın 29-da Q.Nəbi küçəsində Bakı şəhər sakini Raman Muradov Elmir Hüseynovun boğaz nahiyəsindən bıçaq xəsarəti yetirdiyi üçün Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Martın 30-u saat 23:55 radələrində Babək prospektində Bakı şəhər sakinləri Emin Əliyev idarə etdiyi “VAZ-2107” markalı və Rafiq Rəhmanovun idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşub. Nəticədə, E.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb, “Mersedes” markalı avtomobilin sərnişinləri Hökümə Rəhimova və oğlu İbrahim KTM-ya yerləşdirib.

Martın 29-da Lənkəran rayon sakinləri Ramal Ağacanov və Rəhim Həsənov II Alatavada yaşayan Seymur Həsənovun evindən qıfılı sındırma yolu ilə 200 manat və qızıl-zinət əşyaları oğurladığı üçün Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Martın 26-da F.Əmirov küçəsində yerləşən “Qasid” firmasına məxsus qəzet köşkündən qapının qıfılını sındırma yolu ilə 625 manat, ödəmə kartları, siqaretlər və alışqanlar, martın 29-na keçən gecə isə həmin köşkdən eyni üsulla noutbuk, tütün məmulatları və internet kartları oğurlanıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mehman Abbasov, Kürdəmir rayon sakini Eldəniz Ələkbərov və Astara rayon sakini Emil Babayev martın 30-da tutulub.

Martın 18-də Bakı şəhər sakini Ruslan Zeynalov bud nahiyəsinin kəsilmiş xəsarəti ilə KTM-ya müraciət edib, izahatında xəsarəti yıxılma nəticəsində aldığını bildirib. Araşdırma zamanı R.Zeynalovun xəsarəti odlu silahdan açılmış atəş nəticəsində alması müəyyən edilib. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Məhərrəm Əliyev tutulub və ondan “Makarov” markalı tapança aşkar edilib.