QAT Fransaya etiraz etdi-Fotolar

qat-fransaya-etiraz-etdi-fotolar
Oxunma sayı: 652

Beynəlxalq Diaspor Mərkəzi, Qarabağ Azadlıq Təşkilatı, Beynəlxalq Atatürkçü Düşüncə Təşkilatı Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin qəbul olunmasına etiraz olaraq, Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısındakı parkda etiraz aksiyası keçirib. Trend-in məlumatına görə, polis aksiyanın səfirliyin qarşısında keçirilməsinə icazə verməyib.

Aksiyanın şüarları “Fransa, dayan!”, “Ar olsun Fransaya!”, “Rədd olsun Fransa!”, “ATƏT, cinayətkar Sarkisyana bax!”, “Türkün düşməni qatil Sarkisyan!”, “Qarabağı işğal edən Ermənistana dəstəyi dayandır!” olub.

Aksiya iştirakçıları bəyannamələri oxuyaraq Fransanın Azərbaycandakı səfirliyinə təqdim ediblər.