Qatar aşdı, 40 nəfər öldü

qatar-asdi-40-nefer-oldu
Oxunma sayı: 666

Argentinanın paytaxtı Buenos-Ayresin mərkəzindəki "Once" stansiyasında şəhərətrafı qatarın platformadakı maneə ilə toqquşması nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ən azı 40 nəfər ölüb.

Paytaxtın təcili tibbi yardım xidmətinin rəhbəri Alberto Kressentinin bildirib ki, ola bilsin ki, qəzada ölənlər var: "Yaxınlıqdakı xəstəxanalara 550 sərnişin yerləşdirilib. Onlardan çoxu vaqonların şüşələrinin tamamilə sınması səbəbindən xəsarət alıblar".

O bildirib ki, təxminən 40 nəfər indiyə kimi elektrik qatarının içindədir.