Qatar piyadanı vurub

qatar-piyadani-vurub
Oxunma sayı: 664

Qatar dəmir yolu xəttindən keçən piyada, 1984-cü il təvəllüdlü Əhmədova Xatirə İsgəndər qızını vurub. Hadisədən sonra yaralı şahidlərin köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Görülən tədbirlərə baxmayaraq, Xatirə Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Həkim Saday Əliyevin ANS-ə verdiyi məlumata görə, qadın xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub və əməliyyat zamanı dünyasını dəyişib.

Qeyd edək ki, Xatirə Əhmədova bir elektrik qatarından düşüb və yolu keçərək digərinə minmək istəyirmiş. Bu zaman o, əks yolla gələn qatarın zərbəsi ilə üzləşib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.