Qaxda kampaniya keçirilib - Fotolar

qaxda-kampaniya-kecirilib-fotolar
Oxunma sayı: 847

Milli Şuranın “Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Qax rayonunda baş tutub. “Qafqazinfo”nun məlumatına görə, tədbirin açılış mərasimində Milli Şuranın İdarə Heyətinin üzvü Heydər Atayev, Qax rayon İcra hakimiyyətinin başçısının müavini Ziyafət Xasıyeva, Rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev, təhsil şöbəsinin metodistləri, müəllimlər iştirak ediblər.

150-dən çox qaxlı gəncin iştirak etdiyi seçim turunda iki nəfər ümumrespublika turuna vəsiqə qazanıb.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Fatimə Kərimli