Qaz kəməri partladıldı

qaz-kemeri-partladildi
Oxunma sayı: 641

Gün.Az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Frans-Press agentliyi yayıb.

Bu gün səhər saatlarında Sinay yarımadasındakı əl-Əriş şəhərindən qərb tərəfdə aralarında bir neçə saniyəlik fasilə ilə iki partlayış baş verib. Şahidlərin bildirdiyinə əsasən, partlayış baş verməzdən əvvəl bu ərazidə maskalı adamların olduğu “Jeep” markalı maşın görünüb.

İndiyə qədər insan tələfatı ilə bağlı məlumat daxil olmayıb.