Qazax sakini intihar etdi

qazax-sakini-intihar-etdi
Oxunma sayı: 668

Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Qazax sakini 31 yaşlı Anar Nəsibov Cavadxan küçəsi 7 saylı binanın dördüncü mərtəbəsindən özünü aşağıya atıb. A.Nəsibov aldığı xəsarətlərdən dünyasını dəyişib.

O, bir müddət əvvəl Qazax rayonunda ailəsindən ayrılaraq həmin binada yerləşən dayısı oğlunun evində müvəqqəti yaşayırmış. A.Nəsirovun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Qonşuluqda yaşayan şəxslərin bildirdiklərinə görə, A.Nəsirov hər gün spirtli içki qəbul edirmiş. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.