Qazaxıstanda 5 Azərbaycanlı öldü

qazaxistanda-5-azerbaycanli-oldu
Oxunma sayı: 671

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü regionun Daxili İşlər Departamentinin mətbuat xidmətindən "Novosti-Kazaxstan" informasiya agentliyinə bildirilib.

Daxili İşlər Departamentinin məlumatına görə, hadisə aprelin 3-də saat 17:00 radələrində Tayınşinsk rayonundakı magistralda Draqomirovka kəndi yaxınlığında baş verib. "Folksvagen Qolf" avtomobili "Sinatruk" markalı yük maşını ilə toqquşub.

"Yük maşınının 43 yaşlı sürücüsü deyir ki, qarşıdan gələn minik avtomobilini görən zaman Petropavlovsk istiqamətində hərəkət edib. "Folksvagen" yolda düz hərəkət etməyib. Çalalardan yan keçməyə çalışıb. Bu zaman təkər burulub və avtomaşın yolun kənarına çıxıb, kənardan isə yük maşının qarşısına çıxıb. Yük maşını sürətini azaldaraq sağa çəkilməyə çalışıb, lakin minik maşını artıq yük avtobilinin altına keçib" , - mətbuat xidmətindən deyilib.

Nəticədə "Qolf" demək olar ki, yarıya qədər "Sinatruk"un kapotunun altına keçib. 70 yaşlı sürücü və onun 4 sərnişini (hamısı Azərbaycan vətəndaşı, ən kiçiyinin 23, ən yaşlısının isə 44 yaşı var) hadisə yerindəcə ölüb. Yük maşınının sürücüsü ciddi xəsarət almayıb. Hazırda yol qəzası faktı üzrə bütün zəruri ekspertiza aparılır.