Qazaxıstandakı aksiyalar AlmaAtıda davam etdirilib – Video

qazaxistandaki-aksiyalar-almaatida-davam-etdirilib-video
Oxunma sayı: 655

Bu gün Qazaxıstanın keçmiş paytaxtı Alma-Atının mərkəzində hakimiyyət əleyhinə aksiya keçirilib. Keçirilən aksiya polis tərəfindən dağıdılıb və bir neçə iştirakçı həbs olunub. Aksiyaçılar ölkənin qərbindəki Janaozen şəhərində baş verənlərə etiraz bildiriblər.

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hərc-mərcliyə səbəb tətil edən neftçilərin işdən azad edilməsi olub. Şəhərə zirehli texnika yeridilib. Ölkə müxalifəti baş verənlərin hərtərəfli və obyektiv araşdırılması üçün müstəqil komissiya yaradılmasını tələb edir.

Prezident Nursultan Nazarbayev Janaozen şəhərində 20 günlük fövqəladə vəziyyət rejimi tətbiq edib.

Son rəsmi məlumata əsasən, şəhərdə baş vermiş hərc-mərclikdə 11 adam ölüb, 80-dən çox adam yaralanıb.

almaati.flv