Qazaxlar Dədə Qorquda görə təpki göstərdi

qazaxlar-dede-qorquda-gore-tepki-gosterdi
Oxunma sayı: 895

“Qafqazinfo”nun məlumatına görə, müəllif qeyd edir ki, türk və Azərbaycan versiyalarında türk eposu olan “Qorqud Ata kitabı” tamamən Azərbaycanın yaradıcılıq nümunəsi kimi göstərilir və Qorqudun Sırdərya ətrafında yaşadığı inkar edilir: “Diqqətəlayiqdir ki, qazaxlar həmişə “Kitabi Dədə Qorqud kimi yaradıcılıq nümunələrinin türk xalqlarının ümumi yazılı epik abidəsi kimi qəbul etməyə və bu versiyanı irəli sürməyə hazırdırlar. Amma türk dillərində danışan türklər, azərbaycanlılar və başqa Qafqaz xalqları görünür ki, özlərini inandıra bilmirlər ki, onların türk-monqol mənşəli xalqlarla nə isə ortaq bir şeyləri ola bilər. Və onlar obrazlı desək, türklərlə bağlı ən görkəmli tarixi nümunə və anlayışları “yorğan kimi üstlərinə çəkirlər”.

Müəllif, həmçinin 1990-cı illərin əvvəllərində Bakıda yazıçı Anarın dəyişikliklərlə təqdim etdiyi “Dədə Qorqud” əsəri də misal olaraq çəkib: “Orada bütün sujet oğuz və qıpçaqların qarşıdurması fonunda təsvir edilib. Əsas zalım isə Qıpçaq Məlik adını daşıyır. Qıpçaqların kim olması ilə bağlı oxucularda çaşqınlıq yaranmasın deyə Qıpçaq Məlikin dargözlü və enlisifət insan obrazında illüstrasiyası verilib ki, öz görüntüsü ilə Azərbaycan oxucularında nifrətə səbəb olur”.

Müəllif əsərdə oğuz və qıpçaqlar arasındakı antaqonizmin yaxşı avropoid və pis monqoloid türkləri arasında antaqonizm kimi təqdim edilməsini pisləyib.


Səidə