“Qəbələ” “Qalatasaray”la qarşılaşacaq

qebele-qalatasarayla-qarsilasacaq
Oxunma sayı: 665

“Qafqazinfo”nun klubun saytına istinadən verdiyi xəbərə görə, aprelin 19-dan 23-dək keçiriləcək turnirdə Avropanın və Türkiyənin aparıcı klublarının komandaları da yarışacaq. Əsas mükafat uğrunda mübarizə aparacaq 24 komanda arasında "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Nyukasl", "Anderlext", "Bröndbi" kimi tanınmış klublar yer alıb.
Reqlamentə görə 24 iştirakçı komanda hər birində 6 kollektiv olmaqla 4 qrupda mübarizəyə başlayacaq. “Qəbələ” qrup mərhələsində “Qalatasaray”, “Nyukasl”, “Dardanel”, “Danimarka FCN” və “Göztəpə” komandaları ilə qarşılaşacaq. Komandamız aprelin 19-da, yarışın ilk günü əvvəlcə “Dardanel”, ardınca isə “Qalatasaray”la qarşılaşacaq. “Qəbələ” futbolçuları növbəti gün “Göztəpə” və “Nyukasl”dan olan yaşıdları ilə üz-üzə gələcəklər. Futbolçularımız üçüncü yarış günü “Danimarka FCN”dan olan yaşıdları ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, Qəbələ futbolçuları bu yarışda indiyədək iki dəfə iştirak ediblər. “Qəbələ” 2010-cu ildə turnirin ən ümidverici komandası mükafatına layiq görülüb. Ötən il isə 1/4 finala qədər irəliləyib və sonda 7-ci yeri tutub.
"Qəbələ" turnirə aşağıdakı heyətlə yollanacaq:
Qapıçılar: Süleyman Süleymanov, Toğrul Məhəmmədbəyli.
Müdafiəçilər: Əzəmət Ələkbərli, Elvin Dəmirov, Amin Seydiyev, Sahil Zeynalov, Əhməd Mizəyev, Qara Mehrəlizadə,
Yarımmüdafiəçilər: Baxşəli Baxşalıyev, Qədir Bayramlı, Hacıağa Hacıyev, Elvin Həsənov, Turan Manafov, Fərid Nəbiyev, Azər İsmayılov, Kənan Rəfiyev, Fərid Əsədli, Coşqun Süleymanov.
Komanda “Akva Fantezi” otelində məskunlaşacaq. Oyunlar 25 dəqiqədən ibarət bir, yalnız final matçı 20 dəqiqədən ibarət iki hissədən ibarət olacaq.

Ceyhun Əhmədov