Qəbələni də sel basdı - Fəlakət

qebeleni-de-sel-basdi-felaket-
Oxunma sayı: 645

Qəbələ rayonuna yağan güclü leysan yağışları səbəbindən yaranan sel suları evləri, küçələri, həyətyanı sahələri basıb.

Dünən axşam saat 20:00 radələrindən başlayaraq 3 saat ərzində Qəbələ şəhərinə və rayonun dağlıq ərazidə yerləşən Laza, Duruca, Qəmərvan, Bum, Vəndam kəndlərinə güclü leysan yağışı yağıb. APA-nın məlumatına görə, Qəbələ şəhərinin küçələrində və kənd yollarında sel sularının hündürlüyü 40-50 santimetr olub.

Həyətyanı sahələrə, fərdi yaşayış evlərinin zirzəmilərinə su dolub. Rayon ərazisindən keçən Tikanlı-Qaraçay, Həmzəliçay, Türyançay, Dəmiraparançay, Bumçay, Mirzəbəyliçay, Vəndamçay çaylarında suyun səviyyəsi iki metrədək qalxıb, sel bəzi ərazilərdə çaysahili mühafizə bəndlərini dağıdıb.