Qəbristanlıqda dəhşətli qətl

qebristanliqda-dehsetli-qetl
Oxunma sayı: 840

Oktyabrın 13-də saat 22:00 radələrində 28 yaşlı Elman Hüseynov hələlik məlum olmayan səbəbdən həmyaşıdı Həmid Niftiyevi bıçaqla qətlə yetirib. E.Hüseynov qətli törədəndən sonra könüllü olaraq Sabunçu rayon Polis İdarəsinə gələrək təslim olub və qəbristanlıqda adam öldürdüyünü bildirib. Hadisə yerinə gedən polis və prokurorluq əməkdaşları H.Niftiyevin meyitini qan içərisində qəbristanlıqda tapıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.