Qəddafi qaçdı, “Polkovnik” məğlub oldu

qeddafi-qacdi-polkovnik-meglub-oldu
Oxunma sayı: 650

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Qəddafinin oğlu Seyfülislamın üsyançılar tərəfindən ələ keçirildiyi bildirilir. Üsyançıların paytaxt Trablusun çox hissəsini ələ keçirdikləri deyilsə də Qəddafi hökumətinin sözçülərindən olan Musa İbrahim bu xəbəri təkzib edib. Benqazidə küçələrə çıxan “zəfər” marşları oxuyaraq bayram ediblər. Qəddafini yaxın mühafizəçilərinin də təslim olduğu xəbəri yayılıb. Əl-Cəzirə televiziyası Trablusdakı hökumət binalarına üsyançıların bayraqlarının asıldığını bildirib. Paytaxtda aylardır kəsilən internet xidməti və 3G bağlantısının da bərpa olunduğu deyilir. Əl-Cəzirə televiziyası Seyfülislamın tutulmasından sonra Qəddafinin böyük oğlu Məhəmmədin müxalifətə təslim olduğu barədə də məlumat yayıb. Hər yerdə axtarılan Qəddafinin Venesuelada ola biləcəyi ehtimal edilir.

Səidə